Qaxda Azərbaycan bayrağına hörmətsizlik - FOTO
    • 17-07-2019, 15:58
    • 1 321

Qaxda Azərbaycan bayrağına hörmətsizlik - FOTO

Qax rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik nümayiş etdirilir. 

Bu haqda News24.az-a rayona səfər edən oxucularımızdan biri məlumat verib. 
Məlumata görə, rayon mərkəzində ucaldılan bayraq cırılıb. Onu kənardan müşahidə edən hər kəs aydın görür: “Buna baxmayaraq, rayon rəhbərliyi heç bir ölçü götürmür. Rayona gələn turistlər niyə ölkəmizin bayrağını cırılmış halda görməlidir? Dövlət rəmzinə niyə belə hörmətsizlik olunur? Bunu rayon rəhbərliyi görmür bəyəm?”