Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı
    • Dünən, 13:29
    • 1 382

Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Dədəş Ataşov vəzifəsindən azad edilib. 

News24.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovniki Ataşov Dədəş Əlbağış oğlu işdən çıxarıb. 

Onun yerinə Talıbzadə Füzuli Yusif oğlu təyin olunub. 

Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb./Qaynarinfo