-
- Dünən, 14:30
- 99
Zidanın bu vəzifəni tutmasını səbirsizliklə gözləyirlər - Ekspert
Jan-Filip Lekler Fransa millisinin baş məşqçisi Didye Deşamın 2026-cı ildə millini tərk etmək qərarından danışıb.
News24.az xəbər verir ki, mütəxəssis Deşamın gedişini "surpriz adlandırıb:
"O, Fransa millisinin ən yaxşı məşqçisidir, amma yarımfinala çıxsaydı belə, sonuncu Avro uğursuz sayılacaqdı. İnsanlar millinin üslubundan, taktikasından bezib. Azarkeşlərin böyük əksəriyyəti indi Zidanın bu vəzifəni tutmasını səbirsizliklə gözləyir”,- deyə o bildirib.
Qeyd edək ki, 56 yaşlı Didye Deşamın rəhbərlik etdiyi Fransa 2018 Dünya Kubokunu və 2021 Millətlər Liqasını qazanıb.
Ağa Dadaşzadə