-
- 8-01-2025, 16:06
- 166
Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO
Rusiyanın əməkdar mədəniyyət işçisi, E. Vaxtanqov adına teatrın quruluşçu rəssamı Vladimir Kruqlov iş yerində dünyasını dəyişib.
News24.az xəbər verir ki, mərhumun 66 yaşı var idi.
Məlumata görə, yanvarın 8-də Kruqlov istirahət günü olsa da, onu işə çağırıblar. Rəssam hələ ofisinə çatmamış özünü pis hiss edib. O, huşunu itirib və çağırışa gələn həkimlər onu həyata qaytara bilməyiblər.
Ağa Dadaşzadə