40 milyon tələb edir
    • Dünən, 18:30
    • 270

40 milyon tələb edir

İngiltərənin "Mançester Yunayted" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

 News24.az xəbər verir ki, "qırmızı şeytanlar" "Bornmut"da çıxış edən Miloş Kerkezi transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Bornmut" macarıstanlı sol cinah müdafiəçisi üçün 40 milyon funt-sterlinq tələb edir. "Mançester Yunayted" isə bu məbləği aşağı salmağa çalışır.

Qeyd edək ki, "Bornmut" Miloş Kerkezi 2023-cü ilin yayında "AZ Alkmar"dan tyransfer edib. Macarıstan millisinin üzvü olan 21 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.\\Sportal.az