Sarı işıqda keçmək olar?
    • Dünən, 19:22
    • 468

Sarı işıqda keçmək olar?

“Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

İşıqforun sarı rəngində keçmək olar?

Mövzu ilə bağlı hüquqşünas Adil Piriyev danışıb:

“Yol hərəkəti haqqında qanunun 59-cu maddəsinə əsasən, sarı işığın yanması hərəkətin qadağan olunmasını və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Lakin işıqforun sarı işığında hərəkətə icazə verən bəzi hallar var. Həmin qanunun 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, işıqforun sarı işığı yandıqda sürücü dayana bilməyəcəksə, qəfil tormuzlama olmaması üçün sürücü yol ayrıcını keçə bilər”.\\hit.az