“Anarı tənqid etdiyim kimi digər dostlarımı tənqid etmək fikrim yoxdur” – Video

“Anarı tənqid etdiyim kimi digər dostlarımı tənqid etmək fikrim yoxdur” – Video Müsahibə

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın aparıcılıq etdiyi “Nəsillərin Divanı” verilişinin yeni buraxılışı yayımlanıb.

News 24.az xəbər verir ki, RTV-də yayımlanan verilişin bu dəgəki qonaqları millət vəkili Fazil Mustafa və yazıçı Orxan Saffari olub.

Verilişdə yazıçı Orxan Saffari əvvəlki nəsil yazıçıları tənqid etməsinin səbəblərindən, eləcə də gənc yazıçılara qarşı tənqidi mövqeyinin olmamasından danışıb. O, həmin şəxslərlə arasında dostluq münasibətlərinin olduğunu və ədəbi müzakirələr apardıqlarını bildirib:

“Onlar mənim nəsildaşımdır. Onlar mənim ədəbiyyat və qələm barədə müzakirələr apara biləcəyim adamlardır. Həm də istəyirik ki, bir-birimizdən daha yaxşı mətn yazaq”.

O. Saffari qeyd edib ki, yqzlçı Anar və Çingiz Abdullayev ədəbiyyatın inzibati tərəfini təmsil edən şəxslərdir:

“Onlar ədəbiyyatın generalları, marşalları və məmurlarıdır. Mən onların ədəbiyyatından çox, ədəbiyyatdakı məmur fəaliyyəti ilə mübarizə aparıram. Anarın ədəbiyyatın başında durması məni narahat edir”.

Gənc yazıçı etirazlarının miqyasının da kiçik olduğunu bildirib:

“Ədəbiyyatda məmurluğun mətnə aidiyyatı yoxdur”.

Daha ətraflı videoda: