Kələm turşusu sağlamlığa faydalı imiş
    • Dünən, 21:23
    • 190

Kələm turşusu sağlamlığa faydalı imiş

Kələm turşusu sağlamlığa faydaları olan fermentləşdirilmiş məhsuldur. 

News24.az qafqazinfo-ya  istinadən xəbər verir ki, diqqətlə seçilmiş kələm sortları turşu hazırlamaq üçün istifadə edilən digər məhsullarla qarışdırılır və fermentasiya prosesi üçün saxlanılır.

Kələm turşusu tərkibindəki vitaminlər, minerallar və antioksidant xüsusiyyətlərə görə bir çox xəstəliyə faydalı qidadır. Eləcə də kalium mənbəyidir.

Tədqiqatlar göstərir ki, kələm turşusu kimi fermentləşdirilmiş qidalar əhval-ruhiyyəni, yaddaşı və depressiya və narahatlıq kimi psixi xəstəliklərin simptomlarını yaxşılaşdırmağa kömək edir.

Ağ kələm turşusu  tərkibindəki probiotik maddələrin sıxlığına görə həzm problemlərinə qarşı xüsusilə təsirlidir. Bədəni xarici faktorlardan qoruyaraq immunitet sistemini tənzimləyir və gücləndirir.

Kələm turşusu xərçəngin qarşısını alan təsirə malikdir. Həmçinin zehni gücləndirir və beyin funksiyalarının inkişafına kömək edir.

Ürək ilə əlaqəli xəstəliklərin yaranmasının qarşısını alır, bədənin şəkər balansını tənzimləyir.

Tədqiqatlara görə, ağ kələm turşusu qaraciyərdə yağ yığılmasının qarşısını alır. Eləcə də  E vitamini ilə çox zəngindir. Bu xüsusiyyətinə görə diş və dəri sağlamlığına müsbət töhfələr verir.

Tərkibində flavonoid maddəsi olan kələm turşusu qanda xolesterini balanslaşdırır. Tərkibindəki çoxlu minerallar və C vitamini sayəsində soyuqdəymə üçün faydalıdır.

Lakin tərkibində çox miqdarda turşu olduğuna görə həssas dərili insanların istehlak etməsi tövsiyə edilmir.

Bəs qırmızı kələm turşusunun faydaları nələrdir?

Qırmızı kələm turşusu tərkibindəki K vitamini sayəsində beyin funksiyalarına faydalıdır.

Kalorisi az olduğu üçün pəhriz saxlayan insanların vazkeçilməz qidalarından biridir.

Tərkibindəki antioksidant nisbəti olduqca yüksəkdir. Ürək-damar xəstəliklərindən qoruyur və damar divarlarının sərtləşməsinin qarşısını alır.

Araşdırmalara görə, xüsusilə qış dövründə artan yuxarı tənəffüs yolları xəstəliklərinə qarşı qoruyucudur.

O da qeyd olunur ki, qırmızı kələm turşusu baş ağrısına yaxşı təsir edir.

Xüsusilə qırmızı kələm tərkibindəki C vitamini, antioksidanlar və probiyotiklər sayəsində hamiləlik dövründə ana və körpənin sağlamlığında qoruyucu rol oynayır. Hamiləlik dövründə ana tərəfindən istehlak edildikdə ana və körpə üçün bir çox faydalar təmin edir.

Kələm turşuları ümumiyyətlə sağlamlığa müsbət təsir göstərir. Ancaq həddindən artıq istehlak edildikdə, tərkibindəki natrium səbəbiylə qan təzyiqinin artmasına səbəb ola bilər. Bundan başqa, artıq istehlak edildikdə böyrək problemləri yarana bilər.