-
- Dünən, 13:58
- 120
"Mənim maaşımı düz yazaydılar"
Beləcə gedəydik, çıxıb gedəydik,
İkimiz hardasa gözdən itəydik.
Nə sən deyəydin ki, gecdi, get artıq,
Nə mən deyəydim ki, dayan azacıq.
Nə səndən “hardasan” –
soruşaydılar,
Nə mənim işimə qarışaydılar.
Yenə danışaydın, yenə güləydin,
Mənim gözlərimdə
güzgülənəydin,
Sən dərsdən qalaydın,
Mən işdən . . .
Ancaq
Dərsdə də, işdə də hamıdan
qabaq,
Sənin qiymətini tez yazaydılar,
Mənim maaşımı düz yazaydılar.
Dünya bir azacıq nağıllanaydı,
İşıqlar yerdə yox, göydə yanaydı.
Biz yerdə itəydik . . . ruhu, fikri şən,
Eh, göydən üç alma düşür, deyəsən.
News24.az xəbər verir ki, "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə yazdığı "Nağıl" şeirini səsləndirib:
Ətraflı linkdə.
Günel Məlikzadə