Həbs edilən Kerimcanın aylıq gəliri dodaq uçuqlatdı
    • Dünən, 15:32
    • 117

Həbs edilən Kerimcanın aylıq gəliri dodaq uçuqlatdı

Xəbər verdiyimiz kimi, Türkiyədə sosial media fenomeni Kerimcan Durmaz qanunsuz mərc oyunlarını təşviq etmə səbəbilə həbs edilib. İstintaq çərçivəsində aparılan araşdırmalarda Durmazın sosial media hesabları vasitəsilə mərc saytlarını reklam etdiyi məlum olub.

News24.az haberler-ə istinadla xəbər verir ki, Durmaz İstanbul Sülh Cəza Məhkəməsində dindirilmə zamanı aylıq gəlirinin 500 min lirə olduğunu açıqlayıb. Həbs qərarı onun qaçmaq və gizlənmək ehtimalı nəzərə alınaraq verilib.

Polis bölməsindəki ifadəsində Durmaz qanunsuz mərc reklamı etdiyi məkanın Maltada olduğunu, bu fəaliyyətin məlumatlı olmadan baş verdiyini bildirib. O, bu məqsədlə təşkilatdan 10 min avro aldığını da etiraf edib.

Durmaz cinayət törətmədiyini və reklam etmədiyini iddia etsə də, istintaq davam edir./Milli.Az