-
- 8-08-2018, 15:42
- 1 097
Arvadını parçalayıb yeyən kubanlı hannibalın məhkəməsi başlandı
Kubanda arvadını vəhşicəsinə qətlə yetirmiş Bakşeyevin cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Ekspertlər Valeri Bakşeyevin aravadını öldürərkən anlaqlı vəziyyətdə olduğunu deyiblər.
News24.az xəbər verir ki, öncə ekspertiza Bakşeyevin bilinməyən qorxunc bir infeksiyaya yoluxaraq arvadını parçalayıb, yeməsindən şübhələnmişdi. Xatırladaq ki, Kuban vilayətində yaşayan manyak ötən ilin sentyabr ayında Krasnodar şəhərində arvadı ilə spirtli içki içdikdən sonra, münaqişə törədib. Dava zamanı arvadını öldürən qatil bununla da qalmayaraq, onu parçalara ayırıb, cəsədin bir hissəsini bişirib, bir hissəsini soyuducuda saxlayıb, bir hissəsi ilə isə telefonla şəkil çəkdirib.
Telefon bir neçə gün sonra hadisə yerində fəhlələr tərəfindən tapılmış və cinayətin üstü açılmışdı. Öncə ər-arvadın hansısa qorxunc bir infeksiyaya tutulması barədə fikirlər səsləndirilsə də, tibbi ekspertiza zamanı qəddar ərin infeksiyaya yoluxmadığı və qətli törədərkən anlaqlı vəziyyətdə olduğu sübuta yetirilib.
Məhkəmə davam edir.