-
- Bu gün, 17:44
- 80
Tofiq Bəhramov Stadionunun arxasındakı ağacları kim kəsib? - RƏSMİ AÇIQLAMA
“Bir müddət əvvəl Bakı şəhərinin bir sıra ərazilərində, məsələn, Xəzər rayonu Mərdəkan, Şüvəlan, Ramana, Binə qəsəbələrində, Qaradağ rayonu Bakı-Salyan şossesində, Səbail rayonu Bayıl yamacında, o cümlədən Nəriman Nərimanov rayonu Alı Alıyev küçəsi, Əhməd bəy Alıoğlu küçəsi, Tofiq Bəhramov adına Respublika Stadionunun arxasında əsasən şam ağaclarında xəstəliklərin yaranması faktı aşkarlanmışdı.
Bu vəziyyətlə bağlı ölkəmizdə beş müxtəlif qurumun əməkdaşlarından ibarət monitorinq qrupu yaradılmış, qeyd olunan ərazilərə baxış keçirilmiş və nəticələri barədə ictimaiyyətə açıqlalar verilmişdir. Xəstəlik yalnız Bakı şəhəri ilə məhdudlaşmamış, Abşeron rayonu, Mingəçevir, Şirvan, Yevlax, Gəncə və Sumqayıt şəhərlərində bəzi yerlərdəki şam ağaclarında yayılmışdır.
Şam ağacları uzun müddətdir ki, naməlum xəstəliyə görə saralıb quruyurdu. Xəstəliyin yayılmasının qarşısını almaq üçün İsraildən və Türkiyədən mütəxəssislər dəvət edilmiş, dərmanlama və digər xüsusi qulluq tədbirləri həyata keçirilmişdir. Nəticədə, xəstəliyin daha geniş yayılmasının qarşısı alınmışdır.
Əhməd bəy Ağaoğlu küçəsindəki həmin qurumuş ağaclarla bağlı Agentliyimiz tərəfindən rəy verilib. Burada hər hansı qanunsuz ağac kəsilməsi faktı mövcud deyil və fotolardan da göründüyü kimi, kəsilən ağacların yerinə yerli iqlimə uyğun yeni ağaclar əkilib”.
***
Paytaxtın mərkəzində kimliyi məlum olmayan şəxslər tərəfindən ekoloji cinayət törədilib.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonunda yerləşən Tofiq Bəhramov adına Respublika Stadionun arxasındakı küçədə naməlum şəxslər tərəfindən ağaclar kütləvi şəkildə qırılıb.
Belə ki, rayonun Əli bəy Ağaoğlu küçəsi boyu uzanan geniş yaşıllıq ərazidə onlarla ağac kəsilib. ərazidən keçən vətəndaş tərəfindən çəkilən video social şəbəkələrdə narazılığa səbəb olub. İstifadəçilər bildirir ki, kəsilən ağacların əksəriyyəti qurumayıb, kəsilmə səbəbi ilə bağlı məlumat verilməlidir.
Vətəndaşlar aidiyyəti qurumların məsələni təcili nəzarətə götürüb araşdırmasını, qurumadığı halda ağacları kəsənlərin cəzalandırılmasını xahiş edib.
Sosial şəbəkələrdə yayılan həmin videonu sizə təqdim edirik: