“Səbail” klubu avrokuboklarda mübarizəsini dayandırıb
    • 18-07-2019, 23:20
    • 795

“Səbail” klubu avrokuboklarda mübarizəsini dayandırıb

İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində Krayivo şəhərində keçirilən “Universitatea” (Rumıniya) - “Səbail” oyunu başa çatıb.

News24.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Ağabala Ramazanov və Dilan Duventru fərqləniblər. Beləliklə, öz meydanında eyni hesabla məğlub olan “Səbail” avrokuboklarda mübarizəsini dayandırıb.
Rumıniya təmsilçisi növbəti mərhələdə “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.