Brilliant Dadaşova həyat yoldaşı haqda:
    • 18-07-2019, 23:26
    • 4 292

Brilliant Dadaşova həyat yoldaşı haqda: "Sənin üçün ölürəm" -VİDEO

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevlə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, B.Dadaşova bir neçə gün öncə ad günü qeyd edən həyat yoldaşına mahnı həsr edib. O sözügedən videoya bu şərhi yazıb: "Ədalət müəllim, bir neçə gün öncə ad gününü qeyd edərkən sənə musiqi həsr etdiyimi demişdim. Mahnımız artıq hazırdır. Otuz bir ildir ki, bu sözləri sənə gecə-gündüz deyirəm. Otuz bir illik ailə həyatımızda bircə dəfə də olsa səndən incimədim. Bu musiqidə hər bir söz sənin ad gününə həsr olunur. Səni sevirəm".