TƏCİLİ ‼️ Müdafiə Nazirliyi XƏBƏRDARLIQ etdi
    • 15-01-2025, 11:16
    • 11 090

TƏCİLİ ‼️ Müdafiə Nazirliyi XƏBƏRDARLIQ etdi

15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə News24.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".