
-
- 15-01-2025, 13:40
- 5 362
Azərbaycanda iki dövlət qurumu ləğv edilir
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğv edilməsinə başlanılıb.
News24.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hər iki mərkəz kreditorlarına müraciət edib.
Müraciətdə deyilir ki, kreditorlar iki ay ərzində tələblərini paytaxtın Nərimanov rayonu rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A, mənzil - ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin noyabrında "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Sərəncam imzalayıb.