Elşən Əhmədovun meyiti tapıldı

Elşən Əhmədovun meyiti tapıldı Kriminal

Gəncədə evdən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon adlanan ərazisində baş verib.

42 yaşlı Elşən Nazim oğlu Əhmədovun meyiti yaşadığı evdə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.