-
- 8-08-2018, 17:43
- 1 168
Kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
DİM-dən "Report"a verilən məlumata görə, nəticələr avqustun 8-i saat 17:10-dan etibarən Mərkəzin internet səhifəsində yerləşdirilib.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbulolma faizi | ||
Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi | |||
Dövlət (ödənişsiz) | 4176 | 4000 | 113 | 4113 | 98,49 |
Dövlət (ödənişli) | 4964 | 4481 | 89 | 4570 | 92,06 |
Özəl | 755 | 720 | 9 | 729 | 96,56 |
Cəmi | 9895 | 9201 | 211 | 9412 | 95,12 |