-
- 19-07-2019, 19:38
- 894
“Yadplanetlidən hamiləyəm" – QADINDAN AĞILALMAZ İDDİA
3500-cü ildən gəldiyini iddia edən bir qadının dediyi sözlər hər kəsi təəccübləndirib.
News24.az xəbər verir ki, adının Mari olduğunu söyləyən qadın hansı ölkədən olduğunu deməyəcəyini, bunun onun üçün həyati təhlükə olacağını deyib.
Mari 18 yaşında olarkən Fransanın paytaxtı Parisdə professor Paul Martuksun ona laboratoriyada iş təklif etdiyini bildirib. Marinin iddiasına görə, laboratoriyaya ancaq xüsusi şəxslərin gir biləcəyi bir otaq olub və o, bu gizli otağa girmək icazəsi verən bir kart əldə edib.
Onun sözlərinə görə, bir gün professor onu bu otaqda görərkən əsəbləşir və sirləri ona açmağa məcbur olur. Mari Paulun bu gizli otaqda “zaman maşını” hazırladığını söyləyib.
O, “zaman maşını”nın polad stula oxşadığını bildirib. “Zaman maşını”nın 1970-ci illərdə icad edildiyini bildirən Mari qeyd edib ki, bu texnologiyanın dünya əhalisindən gizlədilməsi üçün bir protokol imzalanıb. Laboratoriyadakı bu cihazla hərbi və siyasi məqsədlər üçün gələcəyə adam göndərildiyini iddia edib.
1 il “zaman maşını”nın sirlərini öyrəndikdən sonra gələcəyə getmək istəyən Marinin xahişi qəbul olunub. Onun 3500-cü ilə getməsi qərara alınıb. Daha əvvəl ən uzağı 2900-cü ilə gedildiyini bildirən Mari bunun böyük risk olduğunu vurğulayıb.
2900-cü ilin cənnət kimi bir zaman olduğunu söyləyən Mari 3500-cü ili isə cəhənnəm kimi xarakterizə edir və o tarixdə böyük bir savaşın baş verdiyini bildirib. Andromeda Qalaktikasından gələn yadplanetlilərin Yer kürəsinə hücum etdiyini önə sürən Mari 3500-cü ildə bir il qaldığını, yadplanetlilər qarşı döyüşən bir qrupa qatıldığını və yadplanetlilər tərəfindən əsir alındığını iddia edib.
7 gün öncə gələcəkdən gəldiyini bildirən Mari yadplanetlilərdən hamilə qaldığını və 5 ay ərzində yarı insan, yarı yadplanetli bir canlı dünyaya gətirəcəyini deyib. O, buna görə çarəsiz olduğunu bildirib.
Mary məsələ ilə əlaqədar yeni açıqlamalar verəcəyini vurğulayıb.