“Qızıl top”un sahibi vəfat etdi
    • 18-01-2025, 20:30
    • 259

“Qızıl top”un sahibi vəfat etdi

"Mançester Yunayted"in keçmiş futbolçusu Denis Lou 84 yaşında vəfat edib.

News24.az QOL.az-a istinadla xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

“Biz ürək ağrısı ilə elan edirik ki, Denis Lou vəfat edib. O, yaşamaq üçün çox mübarizə apardı, amma indi nəhayət, rahatlıq tapdı. Biz insanların onu nə qədər dəstəklədiyini və sevdiyini bilirik”, - deyə məlumatda qeyd edilib. 

Şotlandiyalı Lou 1962-1973-cü illərdə "Mançester Yunayted"də çıxış edib. O, komanda ilə birlikdə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi olub. 1964-cü ildə Lou “Ballon d'Or”u - “Qızıl top” mükafatını qazanıb.

Şotlandiyalı futbolçu karyerası ərzində həmçinin “Mançester Siti", "Haddersfild" və "Torino"da da çıxış edib. 2002-ci ildə İngiltərə futboluna xidmətlərinə görə İngiltərə Futbol Şöhrət Zalına daxil edilib.

O, Şotlandiya millisində 55 oyun keçirib, 30 qol vurub.