20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu
    • 20-01-2025, 12:01
    • 275

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

News24.az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.