Tövləyə hücum: 40 qoyun öldü
    • 18-02-2025, 20:18
    • 383

Tövləyə hücum: 40 qoyun öldü

Türkiyədə Şerikanlı məhəlləsində heyvandarlıqla məşğul olan və 110 baş qoyunu olan Rəşit Türkoğlunun heyvanlarının olduğu tövləyə gecə saatlarında canavarlar hücum edib.

News24.az bildirir ki, çölə çıxanlar səsləri eşidib tövləyə girəndə anlayıblar ki, 40 qoyun ölüb. Qoyununun ölümündən şoka düşən Türkoğlu vəziyyəti jandarma və İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyinə xəbər verib.

İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyi və jandarma qrupları xəbər alması üzərinə məhəlləyə gələrək hesabat yazıb.

Zəhraxanım Şeydayeva