Jurnalistlər üçün “Park Cinema” filmləri pulsuz olacaq
    • 21-07-2019, 16:00
    • 1 186

Jurnalistlər üçün “Park Cinema” filmləri pulsuz olacaq

“Park Cinema” kinoteatrlar şəbəkəsi 22 iyul, Milli Mətbuat Günü münasibətilə media işçilərini sevindirəcək.

News24.az xəbər verir ki, sabah media işçiləri üçün “Park Cinema”da bütün seanslara giriş tam sərbəst olacaq. Jurnalistlərin pulsuz bilet əldə etmələri üçün istənilən kinoteatr kassasına yaxınlaşıb öz iş vəsiqələrini göstərmələri kifayətdir. Vəsiqə etibarlı olmalı, üzərində işçinin şəkili, qurumun möhürü və rəhbərin imzası yer almalıdır. Sərbəst seansların sayı limitsizdir.

Qeyd edək ki, kinoteatrlar “Flame Towers” kompleksində, “Park Bulvar”, “MetroPark” və “Zagulba Mall” AVM-lərdə yerləşir.