Gürcüstan vətəndaşları Tovuzda qəzaya düşüb
    • 8-08-2018, 19:00
    • 831

Gürcüstan vətəndaşları Tovuzda qəzaya düşüb

Tovuz rayonunda yol qəzası baş verib.

Qərb bürosunun məlumatına görə, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində Gürcüstan vətəndaşı olan ər və arvad müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1964-cü il təvəllüdlü Ziyanida adlı qadın xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Onun həyat yoldaşına isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.