-
- 22-07-2019, 13:26
- 956
Güləşçilərimiz yarımfinalda
XV Avropa Gənclərinin Olimpiya Festivalı çərçivəsində güləş yarışları davam edir.
News24.az xəbər verir ki, yarışın ikinci günündə 5 güləşçimiz yarımfinala vəsiqə qazanıb.
Mircavad Nəbiyev Rusiya yığmasının üzvüylə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib.
Sabir Cəfərov ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib.
Qurban Qurbanov da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib.
Həsrət Cəfərov əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib.
Gültəkin Şirinova 1/8 finalda Finlandiya təmsilçisini üstələyib. Həmyerlimiz Belarus idmançısını da devirərək adını yarımfinala yazdırıb.
Lalə Mirzəyeva debütdə Moldova güləşçisiylə bacarmayıb.
Mərziyə Sadıqova ilk görüşdə Ukrayna idmançısından güclü olub. Daha sonra Rusiya güləşçisiylə gərgin mübarizədən qalib ayrılan Mərziyə yarımfinala yüksəlib.
Sərbəst güləş
48 kq
1/8 final - Mircavad Nəbiyev - Maqomedamin Bekbulatov (RUS) 6:6*
60 kq
1/8 final - Sabir Cəfərov - Marsel Deli (HUN) 10:0
1/4 final - Sabir Cəfərov - Anatoli Xranika (BLR) 12:1
1/2 final - Sabir Cəfərov - İvan Stoyanov (BUL)
Yunan-Roma güləşi
48 kq
1/8 final - Qurban Qurbanov - Kaçper Karaskieviç (POL) 8:0
1/4 final - Qurban Qurbanov - Emin Çakır (TUR) 10:0
1/2 final - Qurban Qurbanov - Maksim Stupakeviç (BLR)
60 kq
1/8 final - Həsrət Cəfərov - Donatas Rindeikis (LTU) 12:0
1/4 final - Həsrət Cəfərov - Mikita Muraşka (BLR) 13:5
1/2 final - Həsrət Cəfərov
Qadın güləşi
46 kq
1/8 final - Gültəkin Şirinova - Jutta Ala-Ranta (FİN) 7:4
1/4 final - Gültəkin Şirinova - Tatyana Pertsava (BLR) 6:1
1/2 final - Gültəkin Şirinova - Fanni Viquro (FRA)
49 kq
1/4 final - Lalə Mirzəyeva - Mihaela Samoil (MDA) 2:8
61 kq
1/8 final - Mərziyə Sadıqova - Manola Skobelska (UKR) 6:3
1/4 final - Mərziyə Sadıqova - Alina Kasabieva (RUS) *1:1
1/2 final - Mərziyə Sadıqova - Elmas Çelik (TUR)