![Azərbaycanda vəzifəli şəxs həbs edildi - FOTO](/uploads/posts/2025-01/dfd196753fe35a5caf36e16cd3a7608a_1e783dc9a71a70a34d102d6fe37e6e1c1678552686_1677130809_qandall-jpg.webp)
-
- 24-01-2025, 12:50
- 465
Azərbaycanda vəzifəli şəxs həbs edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində yoxlamalar aparılır.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Aqroservis" ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb.
Pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib.
Rahim Rzayev bir müddət əvvəl saxlanılaraq barəsində cinayət işi açılıb və həbs edilib.
"Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu təyin olunub.
Qeyd edək ki, hazırda "Aqroservis" ASC-nin sədri Mehman Veysəlovdur.
![](/uploads/posts/2025-01/dfd196753fe35a5caf36e16cd3a7608a_messenger_creation_ca415567-67d9-40b3-aced-6b0e478483ed.webp)