Gəlinin toyda etdiyi zarafatın sonu pis qurtardı
    • 9-08-2018, 10:33
    • 1 489

Gəlinin toyda etdiyi zarafatın sonu pis qurtardı

Türkiyənin Dənizli vilayətində  toyda maraqlı hadisə baş verib.

News24.az-ın məlumatına görə, nikah məmurunun gəlinə verdiyi "evlənməyə razısınızmı?" sualına gəlinin zarafatla verdiyi cavab, nikah mərasimində qalmaqala səbəb olub. Belə ki, gəlin zarafatla "hayırlısı" deyib. Həmin an nikah məmuru Mehmet Cinili "gəlinin razılığı yoxdursa, bu nikah baş tutmamalıdır" cavabını verib.

Gəlin isə "Hayırlısıya evet deyəcəkdim",- desə də onun bu sözü nikah məmurunun xoşuna gəlməyib. "Nikahda hayır (xeyir) kəlməsi işlədildi və mən bu nikahın qeyd edilməsinə razı ola bilmərəm" deyən məmuru bələdiyyə sədri razı salmağa çalışsa da, məmur razılıa gəlməyib. Başqa bir nikah məmurunun iştirakı ilə mərasim davam edib.

Qeyd edək ki, dünən Türkiyədə nikaha girmək istəyənlərinin sayında artım müşahidə olunması münasibəti ilə sıxılıq yaranıb və demək olar ki, yarım saatlıq intervallarla nikah mərasimləri baş  tutub. Buna səbəb dünən 2018-ci ilin 8-ci ayının,8-ci gününün olması idi.

Gəlinin zarafatı üzündən bir ay öncə Mərsində də nikah mərasimində qalmaqal yaşanmışdı.

"Evlənmək istəyirsinizmi?" sualına gəlinin  "xeyir demək mümkünmü, təbii ki hə deməsi" nikah məmurunun xoşuna gəlməmişdi və onun da başqa bir məmur əvəz etməli olmuşdu.