Polis əməliyyat keçirdi: Saxlanılan var
    • 18-04-2025, 09:11
    • 478

Polis əməliyyat keçirdi: Saxlanılan var

Yardımlıda polis əməliyyat keçirdi, saxlanılan şəxsdən tapança aşkarlandı.

News24.az xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.