Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
    • 25-01-2025, 14:15
    • 330

Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında yanvarın 26-dan 27-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Yağıntının əsasən şərq rayonlarında (Lənkəran-Astara, Mərkəzi Aran) intensivləşəcəyi ehtimal olunur.