Hərbi prokuror yol qəzasında öldü
    • 27-01-2025, 10:34
    • 209

Hərbi prokuror yol qəzasında öldü

Yanvarın 27-də, saat 07:50 radələrində İrəvan-Gümrü avtomobil yolunda "Toyota Camry" markalı minik avtomobili ilə "Avia" markalı yük maşını toqquşub.

News24.az Modern.az-a istinadən xəbər verir ki, toqquşma nəticəsində 1 nəfər hadisə yerində ölüb.

Məlum olub ki, ölən şəxs – “Toyota”nın sürücüsü İrəvan sakini, Tavuş Qarnizonu Hərbi Prokurorluğunda prokuror işləyən 29 yaşlı Şuşan Hodabaşyandır.

Hadisə ilə bağlı Araqatsotn Regional İstintaq İdarəsində cinayət işi başlanıb.