Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - YEKUN PLANLAŞDIRMA - VİDEO
    • 23-07-2019, 13:22
    • 711

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - YEKUN PLANLAŞDIRMA - VİDEO

Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin yekun planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.