“Mətbuatın dostu” mükafatlandırma mərasimində yaşananlar – FOTO - VİDEO
    • 23-07-2019, 16:48
    • 1 661

“Mətbuatın dostu” mükafatlandırma mərasimində yaşananlar – FOTO - VİDEO

Ötən gün paytaxt məkanlarından birində - 22 iyul, Milli Mətbuat Günü münasibəti ilə “Mətbuatın dostu” mükafatlandırma mərasimi keçirilib. 

News24.az xəbər verir ki, ənənəvi olaraq təşkil olunan tədbir Milli Mətbuatın yaranmasının 144 illiyinə həsr olunub. 
Sədaqət Rəşidqızı və Zabir Əliyevin aparıcılığı ilə baş tutan gecədə, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, eləcə də media nümayəndələrinə diplom və hədiyyələr təqdim olunub. 

Mükafata layiq görülənlər sırasında News24.az saytının baş redaktoru Ülkər Rəşidqızı da olub. 

Qeyd edək ki, tədbirin təşkilatçısı Sədaqət Rəşidqızıdır. Diplomlar mətbuat nümayəndələrinə “Mətbuat” firması tərəfindən təqdim olunub. 

Mükafatlandırmadan olan görüntüləri təqdim edirik:

Teymur Məmmədov
Video: Fərid Şabanov