“Bavariya” bir oyunda 20 qol vurdu
    • 9-08-2018, 11:34
    • 843

“Bavariya” bir oyunda 20 qol vurdu

Futbol üzrə növbəti Almaniya çempionatına hazırlıqlarını davam etdirən “Bavariya” yoxlama oyununda 20 qol vurub.

 Klubun saytında verilən xəbərə görə, Münhen komandası həvəskar liqa təmsilçisi “Rottax-Eqern”a 20:2 hesabı ilə qalib gəlib. 

“Bavariya”dan Koman, Levandovski, Vaqner, Frantske het-trik ediblər,Müller  Xames dubla imza atıblar, Tiaqo, Rudi, Riberi və Kimmixhərəyə 1 dəfə fərqləniblər.