
-
- 30-01-2025, 17:25
- 398
Məktəb avtobusu qəzaya uğradı: ölən və yaralılar var
Fransanın Eure-et-Luar bölgəsindəki Şatodunda məktəb avtobusu idarəetməni itirərək yoldan çıxaraq qəzaya uğrayıb.
News24.az xəbər verir ki, verilən açıqlamada qəzada 15 yaşlı şagirdin öldüyü, 31-i tələbə olmaqla 40 nəfərin yüngül yaralandığı bildirilib.
Yaralılar hadisə yerinə sövq edilən sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.
Qəzanın səbəbi məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məryəm İlhamqızı