-
- 23-07-2019, 19:31
- 835
Dövlət Komitəsində Ağdam anıldı - FOTO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə qurumun əməkdaşları, ərazisi işğal olunmuş rayonların Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin rəhbərləri, Ağdam rayonundan olan məcburi köçkünlər iştirak edib.
Əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağ bölgəsinin strateji baxımdan ən mühüm inzibati ərazilərindən olan Ağdam rayonunun tarixi keçmişindən, vaxtilə respublikamızın iqtisadi-mədəni həyatında tutduğu mövqedən, ağdamlıların müxtəlif sahələrdəki uğurlarından və torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri şücaətlərdən danışıb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Ağdamın işğalını pisləyən və işğalçı ordunun zəbt olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. Lakin bu qətnamə də digər qərar və qətnamələr kimi icra edilməyib.
Qeyd olunub ki, Ağdam rayonunun böyük hissəsi işğal altında olsa da, Prezident İlham Əliyevin tapşırığı ilə nəzarətimizdə olan ərazilərdə quruculuq, abadlıq işləri aparılır. Həyata keçirilən işlər nəticəsində məcburi köçkünlərin də mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların maddi rifah halının yüksəldilməsi üçün imkanlar yaradılır. Son illər ərzində məcburi köçkünlər üçün Ağdamda 18 qəsəbə tikilib. Bu istiqamətdə işlər davam etdirilir.
Bir daha qeyd edilib ki, məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən öncə qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlər mənzillə təmin edilir.
Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Ağdam rayonundan olan ziyalılar çıxış ediblər. Onların çıxışı zamanı xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ bölgəsinin, o cümlədən Ağdamın tezliklə işğaldan azad ediləcəyinə dərin inam ifadə olunub.
Sonda Ağdam rayonuna həsr edilmiş film nümayiş etdirilib.