Türkan antibiotikdən komaya düşdü
    • 31-01-2025, 09:53
    • 408

Türkan antibiotikdən komaya düşdü

"İki dəfə ölümdən dönmüşəm".

News24.az ATV-yə istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə verilişlərin birində deyib.

O, etdirdiyi estetik əməliyyat zamanı keçirdiyi ölüm təhlükəsindən danışıb:

"Üzümə plastik əməliyyat etdirən zaman vurulan antibiotikdən 40 dəqiqəyə yaxın koma vəziyyətində olmuşam, məni oyada bilməyiblər. Əməliyyatlarım çox ağır olub və bir ay çətinlik çəkmişəm", - o bildirib.