
-
- 31-01-2025, 10:12
- 242
Qadın lotereya biletini İncildə gizlətdi - 1 milyon dollar qazandı
ABŞ-nin Virciniya ştatının sakini olan qadın Yeni il lotereyasından 1 milyon dollar qazanıb.
News24.az xəbər verir ki, Jaklin Manqus adlı qadın təşkilatçılara loterayanı İncilin içərisində gizlətdiyini açıqlayıb.
Manqusun sözlərinə görə, o, yaxın vaxtlarda xəbərləri izləyərkən bu şəhərdə alınan biletin 1 milyon dollar qazandığını öyrənib və buna görə də əmin olmaq üçün biletini İncilin arasına qoyub.
O, əlavə edib ki, 1 milyon dollar qazandığını öyrənəndə çox təəccüblənib.
Manqus qazandığı pulu necə xərcləyəcəyi barədə hər hansı planının olub-olmadığını bildirməyib.
Aynurə