
-
- 31-01-2025, 10:34
- 210
Rusiyaya hücum: PUA-lar vuruldu
Gecə saatlarında Rusiyanın 7 vilayəti üzərində 49 Ukrayna PUA-sı məhv edilib.
News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Gecə hava hücumundan müdafiə sistemləri Ukraynanın 49 pilotsuz uçan aparatını ələ keçirərək, məhv edib. 25 PUA Rostov vilayətində, 8-i Volqoqrad vilayətində, 6-sı Kursk vilayətində, 4-ü Yaroslavl vilayətində, Belqorod, Voronej və Krasnodar vilayətlərində isə 2 PUA vurulub”, - qurumdan bildirilib.