Ramazan ayında su necə - İÇİLMƏLİDİR?

Ramazan ayında su necə - İÇİLMƏLİDİR? Sağlamlıq

Dietoloq Neslihan Öztürk Aktepe iftarda suyun çox tez və çox içilməməsi, susuzluğun qarşısını almaq üçün suyun yerini tutacağı düşünülən duzlu, yağlı, qızardılmış yeməklərin və içkilərin mümkün olduğu qədər az istifadə edilməsi lazım olduğunu vurğulayıb.

News24.az bildirir ki, bədənin gün ərzində susuz qalmaması üçün təkliflər verən Aktepe, “Gündəlik istehlak etməmiz lazım olan suyun miqdarını 2,5 litr hesab etsək, bunun 1 litrini sahurda, 1,5 litrini iftardan sahura qədər istehlak etməliyik ki, bədənimiz gün boyu susuz qalmasın” deyə qeyd edib.

Zəhraxanım Şeydayeva