Sumqayıtda 9 mərtəbəli binada qumbara tapıldı
    • 24-07-2019, 14:47
    • 891

Sumqayıtda 9 mərtəbəli binada qumbara tapıldı

Sumqayıt şəhər 2-ci mikrorayonda 10 saylı 9 mərtəbəli binanın damında qumbara aşkarlanıb.

Bina sakinlərinin News24.az-a verdiyi məlumata görə, binanın damında təmir işləri aparılarkən, qumbara tapılıb. Əraziyə polislər, Fövqalada Hallar Nazirliyinin nümayəndələri cəlb olunub. Hazırda araşdırma aparılır.

Afaq Mirayiq