-
- 24-07-2019, 14:49
- 1 100
Abid Şərifov: "Jurnalist maşının belinə minirdi" - AÇIQLAMA
Baş nazirin keçmiş müavini Abid Şərifov jurnalist Nurlan Librenin onun avtomobilinin üzərinə çıxması ilə bağlı məsələyə reaksiya verib.
News24.az Modern.az-a istinadən xəbər verir ki, A.Şərifov açıqlamasında bildirib ki, ilk dəfədir belə halla rastlaşır: “Hər şey görmüşdüm, bircə bunu görməmişdim ki, müsahibə almaq üçün maşının üstünə çıxsınlar. Bunlar üçün ayrıca müsahibə verməyə ehtiyac varmı?!”
O, jurnalistin işdən azad edilməsi məsələsi ilə maraqlanmadığını bildirib: “Mən heç maraqlanmıram ki, o kimdir, nəçidir, işdən çıxarılıb, yaxud çıxarılmayıb. Bunlardan xəbərim yoxdur. Heç vaxtım və həvəsim də yoxdur ki, onunla maraqlanım. Çıxarıblarsa da özləri bilər, saxlayıblarsa da özləri bilər. Amma mən belə şeyi nə görmüşdüm, nə də eşitmişdim. Qismətdə bunu da görmək varmış. Allah sonrasından saxlasın. Belə getsə, jurnalistlər çox şey edəcəklər, zorla müsahibə də alacaqlar, hələ başqa şeylər də edəcəklər. O hərəkət zorla müsahibə almaq idi də, istəyim olmadığı halda maşının belinə minir, maşını saxlayır. Ayıbdır, heç bir çərçivəyə sığmır bu hərəkətlər”.
Qeyd edək ki, dünən bir qrup jurnalist Abid Şərifova sual ünvanlasa da, Baş nazirin sabiq müavini bunları cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre avtomobilin qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb.
“Kanal13”ün rəhbəri Anar Orucov həmin əməkdaşın işdən azad edildiyini açıqlayıb.