Parkda dəhşətli hadisə- Uşağı metrlərlə uzağa atdı- VİDEO
    • 24-07-2019, 15:00
    • 718

Parkda dəhşətli hadisə- Uşağı metrlərlə uzağa atdı- VİDEO

Nyu-Yorkun milli parklarından birində dəhşətli hadisə yaşanıb.

News24.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, millı parkda bizon azyaşlı uşağı buynuzuna keçirərək metrlərlə uzaq məsafəyə atıb. 
Məlumata görə, azyaşlı Amerikaya gələn turistlərdən birinin övladıymış. Onlar 50 nəfərlik qrupla milli parka gəzintiyə çıxıblar. Odessadan ailəsi ilə dincəlməyə gələn 9 yaşlı qızçığaz bizonun onlara doğru gəldiyini görüb və qaçmağa çalışıb. Amma insanların qışqırtışından qəzəblənən heyvan sürətlə azyaşlının ardınca yüyürüb. Daha sonra ona yaxınlaşaraq uşağı buynuzuna keçirib və metrlərlə uzağa tullayıb.  Azyaşlı təcili  yardımla “Old Faithful” klinikasına yerləşdirilib.