Təyyarə dənizə düşdü, alovlandı - Ölənlər var
    • Dünən, 13:18
    • 216

Təyyarə dənizə düşdü, alovlandı - Ölənlər var

Mərkəzi Amerika ölkəsi Hondurasda içərisində 17 nəfərin olduğu kiçik təyyarənin dənizə düşməsi nəticəsində 6 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, Xuan Manuel Qalvez hava limanından Trujillo şəhərinə qalxan təyyarə qısa müddət sonra Roatan adasının sahillərində dənizə düşüb.

Axtarış-xilasetmə işləri nəticəsində indiyədək 6 nəfərin cəsədinin tapıldığını bildirən Varela, qrupların işlərini davam etdirdiyini bildirib.

Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə düşdükdən sonra alovlanıb. Bu səbəbdən axtarış-xilasetmə işlərinin çətinliklə davam etdiyi paylaşılıb.

Günel Məlikzadə