Dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb
Hadisə
Gürcüstanın Rustavi şəhərində yaşayış evində dəm qazının sızması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.
News24.az “Report”-a istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
İlkin məlumata görə, dəm qazı ventilyasiya sistemi vasitəsilə 3-cü və 4-cü mərtəbələrdəki mənzillərə yayılıb.
"Ölən şəxslər, yəni ana və qızı dördüncü mərtəbədə yaşayırdılar. Bir mərtəbə aşağıda yaşayan qadın və onun üç azyaşlı uşağı xəstəxanaya yerləşdirilib", - xəbərdə bildirilib.