Könül Mehdiyeva da təyinat aldı
    • 4-02-2025, 18:43
    • 396

Könül Mehdiyeva da təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

News24.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Fevralın 11-də Antalyada yerləşən “Arslan Zəki Dəmirci İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.