Aylarla əziyyət çəkən kəndlidən məhsulu daha ucuz satmaq TƏLƏB OLUNUR - NAZİRLİK
    • 24-07-2019, 17:17
    • 852

Aylarla əziyyət çəkən kəndlidən məhsulu daha ucuz satmaq TƏLƏB OLUNUR - NAZİRLİK

"Sabirabadda bostanda yemişin alış qiyməti 10-12 qəpikdir. Fermer deyir ki, sahədən topdan məhsul alanlar, yəni alverçilər Bakıda yemişin 1 kiloqramını 25 qəpikdən satdıqlarını deyərək, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuz satmağı tələb edirlər. Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür".

News24.az xəbər verir ki, bu sözləri şəxsi facebook səhifəsində Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov yazıb. 

V.Hüseynov yazısına bunu da əlavə edib: "Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, "sahədən baha almışıq, ona görə baha satırıq" deyib kəndlinin günahına girirlər. Bu fotonu Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında çəkmişəm. Fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1 manata, manat yarıma satılır. Bunun adı insafsızlıqdır, vətəndaşın cibinə girməkdir. Fermerin əməyinə yazıq!"