-
- 9-02-2019, 12:21
- 1 261
Kənd təsərrüfatı texnikası ucuzlaşır – FOTO
Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələrə və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun News24.az-a verdiyi məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər. Texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək.
News24.Az