
-
- 5-02-2025, 15:09
- 152
Anormal hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Sinoptiklərin verdiyi məlumata görə, Rusiyanın altı bölgəsində havanın temperaturunun normadan 6-12 dərəcə aşağı olacağı gözlənilir.
News24.az bildirir ki, bu barədə TASS-a Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib. Onun sözlərinə görə, Krasnoyarsk diyarının cənubunda temperaturun -35°C-ə çatacağı proqnozlaşdırılır.
Həmçinin, o qeyd edib ki, Sibirin cənubunda, Altay bölgəsində anormal soyuq hava şəraitində temperatur normadan 6-7 dərəcə aşağı, yəni 27-28 dərəcə şaxta, İrkutsk vilayətində isə fevralın 6-dan 9-dək iqlim normasından 6-12 dərəcə aşağı - mənfi 41-46 dərəcə olacaq.
Verilən məlumatlara görə, son 5 gün ərzində Yakutiyada da soyuq hava müşahidə olunacaq. Orada temperatur normadan təxminən 10 dərəcə aşağı olacaq. Eyni zamanda, bölgənin mərkəzində minimum dəyərlər -53 ° C-ə çata bilər.
Zəhraxanım