-
- 25-07-2019, 09:42
- 843
Havaya atılan tüstü ilə bağlı monitorinq aparılıb
24 iyul 2019-cu il tarixində saat 19:20 radələrində Neft Emalı zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.
News24.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda müşahidə və monitorinq aparıb. Məlum olub ki, tüstü axını zavoddaki istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb.
Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək.