Bugünkü ajiotaj yaradan tüstünün səbəbi məlum oldu Rəsmi açıqlama
    • 25-07-2019, 20:32
    • 842

Bugünkü ajiotaj yaradan tüstünün səbəbi məlum oldu Rəsmi açıqlama

24 iyul 2019-cu il tarixində saat 19:20 radələrində Neft Emalı zavodunun məşəl qurğusunda müşahidə olunan tüstü axınının zavoddakı istehsalat prosesində baş vermiş qəza ilə bağlı olduğu təsdiqlənib.
News24.az xəbər verir ki, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, aparılan araşdırmalar göstərdi ki, axşam saatlarında zavodun 5 nömrəli istehsalat sahəsində qəza qeydə alınıb və havada tüstü axını müşahidə edilib. Görülən tədbirlər nəticəsində baş vermiş qəza aradan qaldırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərinin həmin vaxt apardığı monitorinqlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarı normadan artıq olub.
Bu gün səhər Nazirliyin  mütəxəssisləri tərəfindən məşəl qurğusunun ətrafında yenidən monitorinqlər keçirilib və havaya atılan tullantıların norma daxilində olduğu müəyyən edilib.
Gələcəkdə belə hallara yol verilməməsi üçün texnoloji proseslərə cavabdeh olan şəxslərə xəbərdarlıq edilib.